Koronavirusa qarşı daha bir dərman tapıldı


Dünya 26 İyn 2020 14:27:00 243 0

Koronavirusa qarşı daha bir dərman tapıldı

Azərbaycanın Şimal qonşusu olan Rusiyada koronaviruslu xəstələrin müalicəsində effektiv olan daha bir dərman preparatı qeydiyyata alınıb.

Son.az "bakupost"-a istinadən bildirir ki, bu yerli istehsal olan "Arepliver" adlı preparatdır. Dərman Yaponiyanın istehsalı olan və koronaviruslu xəstələrin müalicəsində istifadə edilən "Favipiravir"in analoqudur.

Xatırladaq ki, adıçəkilən Rusiya istehsalı dərmanın virusun insan hüceyrələrində yayılmasını blokladığı açıqlanmışdı. Bununla da infeksiyanın orqanizmdə yayılmasının qarşısı alınır.

"Areplivir"dən əvvəl Rusiyada koronavirus əleyhinə "Avifavir" dərmanı da qeydiyyata alınıb.