Alimlər koronavirusu 25 saniyəyə məhv etməyin yolunu tapdılar


Digərləri 26 İyn 2020 13:21:00 219 0

Alimlər koronavirusu 25 saniyəyə məhv etməyin yolunu tapdılar

Ultrabənövşəyi şüalar COVİD 19-u zərərsizləşdirir.

Son.az BAKU.WS-ə istinadən xəbər verir ki, Boston universitetinin alimləri bu nəticəyə gəlib.

"Rossiyskaya qazeta" araşdırmaya istinadən yazır ki, Boston Universitetinin Milli Yoluxucu Xəstəliklər Laboratoriyasının (NIEDL) alimləri "Signify" şirkəti ilə birlikdə koronavirusu 25 saniyəyə məhv etmək üsulunu aşkarlayıblar.

Xüsusi lampaların ultrabənövşəyi şüaları "SARS-CoV-2"-ni zərərsizləşdirir. Eksperiment zamanı mütəxəssislər viruslu materialı lampalardan müxtəlif dozalarda gələn ultrabənövşəyi radiasiyaya məruz qoyublar.