Gürcüstanın baş naziri: “İşğalın yeganə həll yolu sülhdür”


Dünya 26 İyn 2020 13:12:00 161 0

Gürcüstanın baş naziri: “İşğalın yeganə həll yolu sülhdür”

“İşğal problemlərinin yeganə həll yolu sülhdür”.

“İşğal problemlərinin yeganə həll yolu sülhdür”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentində illik hesabat təqdim edən ölkənin baş naziri Giorgi Qaxaria deyib.

Onun sözlərinə görə, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsi ölkənin xarici siyasətinin əsas prioriteti olaraq qalır: “Hamımız anlamalıyıq ki, işğal probleminin aradan qaldırılması üçün yeganə vasitə sülh yoludur. Bu proses strateji tərəfdaşlarımızın fəal iştirakı ilə həyata keçirilir”.