Ermənistanda koronavirusdan ölənlərin sayı


Dünya 26 İyn 2020 13:03:00 161 0

Ermənistanda koronavirusdan ölənlərin sayı

Ermənistanda koronavirusa yoluxanların sayı 23 247 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, son sutka ərzində 759 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 13 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 410 nəfər koronavirusdan ölüb, 10 557 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.