Keçmiş deputat azyaşlı oğlunu öldürüb, yerə betonladı


Dünya 26 İyn 2020 13:09:00 163 0

Keçmiş deputat azyaşlı oğlunu öldürüb, yerə betonladı

Rusiyanın Həştərxan vilayətində törədilən dəhşətli cinayətin üstü açılıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat verib.

Belə ki, martın 6-da 56 yaşlı Morozova soyadlı qadın polisə müraciət edərək oğlunun iki gün əvvəl evdən çıxdığını və bir daha qayıtmadığını deyib. Hadisədən üç ay sonra onun cəsədi böyük qardaşının evində, döşəmənin altında yerə betonlanmış vəziyyətdə tapılıb.

İstintaqın nəticələrinə görə, martın 4-də 12 yaşlı oğlan evə gec gəlib. Onunla anası Morozova arasında münaqişə ikincinin uşağın başına qantellə vurması ilə sona çatıb. Zərbənin ağırlığından azyaşlı ölüb. Sonra qadın uşağın meyitini böyük oğlunun evinin döşəməsinə betonlayıb. Bununla yanaşı, uşağın ailəsi istintaqı yayındırmaq üçün onu evin qarşısında gördüklərini deyiblər.

Eyni zamanda, şübhəli aktiv şəkildə sosial şəbəkələrdə oğlunun axtarışı ilə məşğul olub və onu qınayanlara aqressiv reaksiya verib.

Cəsədin yerini böyük qardaşı növbəti ifadəsində təsadüfən deyib. Ona qarşı ittiham irəli sürüləndə qadın cinayət silahının harada olduğunu deyib. Hüquq-mühafizə orqanı əməkdaşları çaydan içində metal qantel və uşağın mobil telefonu olan paket tapıblar.

Həştərxan vilayətinin İstintaq Komitəsi faktla bağlı cinayət işi başladıb. Morozova iki aylıq həbs edilib. O, törətdiyi əməli etiraf edib.

Qonşuların dediyinə görə, mərhumla anası çox zaman bir-biri ilə yola getməyiblər.

Qeyd edilir ki, Morozova siyasətlə məşğul olmaq üçün 2016-cı və 2017-ci ildə Regional Dumaya, 2019-cu ildə isə Həştərxan vilayəti qubernatoru vəzifəsinə namizədliyini irəli sürüb. O, "Ədalətli Rusiya" partiyasının üzvü olaraq, Rusiyada 2018-ci il prezident seçkilərində namizədliyini verib. Onun 2019-cu ildən partiyadan çıxdığı bildirilir.