Fateh Sultan Mehmetin nadir portreti Londondan İstanbula gətirilir


Dünya 26 İyn 2020 12:03:00 192 0

Fateh Sultan Mehmetin nadir portreti Londondan İstanbula gətirilir

İstanbul Böyükşəhər Bələdiyyəsi Fateh Sultan Mehmetin portretini Londonda keçirilən hərracda 770 min sterlinqə satın alıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə bələdiyyənin sədri Əkrəm İmamoğlu öz sosial media hesabında bildirib.

Bu, İstanbul fatehinin günümüzədək gələn üç orijinal portretindən biridir. Portretin XV əsrdə italyan rəssam Gentile Bellini tərəfindən çəkildiyi ehtimal olunur. Belə ki, "Sultan II Mehmet, mövqe sahibi gənc ilə birlikdə" adlı rəsm əsərinin tarixi 1479-cu ilə təsadüf edir. O zamanlar venesiyalılarla imzalanan "İstanbul sazişi"nin maddələrindən biri də dövrün ən yaxşı rəssamlarından birinin Fatehin rəsmlərini hazırlamaq üçün İstanbula gəlməsi idi. Bu vəzifə Gentile Belliniyə tapşırılır. O, Osmanlı paytaxtına gələrək 1479-1481-ci illər arasında sarayda qalaraq Fateh Sultan Mehmetin portretlərini hazırlayır.

Rəsm əsərindəki ikinci şəxsin kimliyi tam bəlli olmasa da onun üç şahzadədən biri olduğu düşünülür.