Bu ştatlara gələnlər 14 günlük karantinə alınacaqlar


Dünya 25 İyn 2020 19:36:00 201 0

Bu ştatlara gələnlər 14 günlük karantinə alınacaqlar

COVID-19-a yoluxma hallarının yüksək olduğu Florida, Texas və digər ştatlardan Nyu-York, Nyu-Cersi və Konnektikuta gələnlər 14 günlük karantinə alınacaqlar. Özünütəcrid qaydalarına riayət etməyənlər cərimələnəcək.

Bunu Nyu-Yorkun qubernatoru Endryu Kuoma bəyan edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Kuoma Nyu-York sakinləri arasında yoluxma sayının artmasına səbəb ola biləcək digər ştatlardan gələnlərə qarşı karantin rejiminin tətbiqi ilə bağlı məsələni nəzərdən keçirdiyini öz çıxışlarında dəfələrlə qeyd edib.

"Koronavirusa yoluxmaların sayının azaldılması istiqamətində biz çoxdan ciddi mübarizə aparırıq", - deyə Endryu Kuoma Nyu-Cersinin qubernatoru Fila Merfinin və Konnektikutun qubernatoru Neda Lamontun iştirak etdikləri mətbuat konfransında söyləyib. O bildirib ki, digər ştatlardan gələnlər 14 günlük özünütəcrid qaydalarına əməl etmədikdə, məcburi olaraq karantinə alınacaqlar. Birinci qayda pozuntusuna görə 2 min dollar, ikinci qayda pozuntusuna görə 5 min dollar, onların hərəkətləri ştatın sakinlərinə zərər vurduğu hallarda isə 10 min dollaradək cərimə nəzərdə tutulur.

"Alabama, Arkanzas, Arizona, Florida, Şimali Karolina, Cənubi Karolina, Vaşinqton, Yuta və Texas koronavirus infeksiyasına bu günədək ən çox yoluxmuş ştatlardır", - deyə Kuoma vurğulayıb.