Metin Hara 5 ilə qədər həbs oluna bilər


Digərləri 25 İyn 2020 19:24:00 211 0

Metin Hara 5 ilə qədər həbs oluna bilər

Bir vaxtlar model Adriana Lima ilə yaşadığı eşqlə gündəmə gələn yazıçı Metin Haranın 5 ilə qədər həbsi istənilir.

Son.az axşam.az-a istinadən bildirir ki, məhkəməyə verilən yazıçı ikinci iclasa getməyib, hakim zorla gətirilməsini tələb edib.

Diplomu olmadığı halda xəstə müalicə edən Metinin hakim 2 il 5 ay həbsini tələb edib. Vəkili yazıçının məhkəməyə gəlməməsini "Covid-19-a görə müvəkkilim məhkəməyə qatılmaqdı. Gələcək məhkəmədə hazır edəcəyik" sözləri ilə izah edib.

2017-ci il iyulun 13-də Metin Hara ilə bağlı məhkəməyə şikayət ərizəsi təqdim edilib. Araşdırma nəticəsində Haranın sahibi olduğu "İnsanagüven" adlı məsləhətxananın çalışma icazəsi olmadığı ortaya çıxıb. Heç bir diplomu olmayan yazıçının 2 ildən 5 ilə qədər həbsi istənilir.