AMEA: Azərbaycanda nadir irsi xəstəliklərin tezliyi kifayət qədərdir


Digərləri 25 İyn 2020 16:15:00 231 0

AMEA: Azərbaycanda nadir irsi xəstəliklərin tezliyi kifayət qədərdir

AMEA-nın Genetik Ehtiyatlar İnstitutu oğlan uşaqlarında rast gəlinən nadir xəstəliklə bağlı araşdırmalara başlayıb.

Akademiyadan Son.az-a verilən məlumatına görə, İnstitutun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səltənət Ağayeva irsi xəstəliklərin tədqiqat sahələrindən olan Düşen (Duchenne Muscular Dystrophy-DMD) əzələ distrofiyası barədə araşdırma aparır.

S.Ağayeva bildirib ki, insanlar arasında 6000-dən çox irsi xəstəlik məlumdur, gen xəstəliklərinin isə 4000-dən artıq növü müəyyən edilib.

Onun sözlərinə görə, respublikamızda əhali sayına görə nadir irsi xəstəliklərin tezliyi, klinik göstəriciləri kifayət qədərdir:

"Apardığımız tədqiqatlara əsasən, əksər proband bu tip nikahlardan doğulan uşaqlardır. Belə ki, mental dəyərlərin daha çox təzahür etdiyi populyasiyalarda irsi xəstəliklərin yayılma tezliyi intensiv müşahidə olunur. Genetik Ehtiyatlar İnstitutunda tədqiqat sahələrindən olan Düşen əzələ distrofiyası bu xəstəliklərdəndir. Hər 3000-3500 oğlan uşağından birində rast gəlinir, irsi xarakter daşıyır".