ABŞ-ın 5 ştatında koronavirusa yoluxma sayında rekord qeydə alınıb


Dünya 25 İyn 2020 15:10:38 195 0

ABŞ-ın 5 ştatında koronavirusa yoluxma sayında rekord qeydə alınıb

Bu barədə ştatların Səhiyyə Departamentlərinin məlumatlarında bildirilib

ABŞ-ın beş ştatında - Florida, Texas, Oklahoma, Cənubi Karolina vəKaliforniyada bir günə yeni növ koronavirusa yoluxma üzrə rekordlar qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədəştatların səhiyyə departamentlərinin məlumatlarında bildirilib.

Belə ki, Florida Səhiyyə Departamenti son sutkada ştatda 5 508 koronavirusa yoluxma aşkarlandığını və bunun ştat üçün rekord olduğunu açıqlayıb. Oklahomada 482, Cənubi Karolinada isə 1 291 yeni yoluxma faktı aşkar edilib. Daha əvvəl də rekord qeydə alınmış Texas və Kaliforniyada isə rekordlar yenilənib: müvafiq olaraq 5 551 və 7 149 yeni yoluxma faktı qeydə alınıb.