Azərbaycanın sığorta bazarı 11%-dən çox böyüyüb


İqtisadiyyat 25 İyn 2020 15:16:46 228 0

Azərbaycanın sığorta bazarı 11%-dən çox böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 355,907 milyon manat məbləğində sığorta haqqı toplanılıb

Bu ilin yanvar-may aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 355,9 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 136,8 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 45,9% çoxdur.

2020-cu ilin yanvar-may aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,4 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-may aylarında bu göstərici 29,3 manat olub.