SOCAR-ın müəssisələrində dezinfeksiya işləri aparılıb


İqtisadiyyat 25 İyn 2020 15:07:19 246 0

SOCAR-ın müəssisələrində dezinfeksiya işləri aparılıb

​SOCAR-ın müəssisələrində dezinfeksiya işləri aparılıb

“Ekol” Mühəndislik Xidmələri QSC koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirə salınmaz dezinfeksiya işlərini gücləndirilmiş iş rejimində SOCAR-ın strukturuna daxil olan idarə və müəssisələrdə, birgə müəssisələrdə və QSC-nin xidmət göstərdiyi sahələrdə davam etdiriblər.

“Report” xəbər verir ki, bu barədə QSC məlumat yayıb.

Bildirilib ki, iş yerlərində SOCAR-ın 03 mart 2020-ci il tarixli əmrində nəzərdə tutulmuş profilaktik tədbirlərin, Nazirlər Kabineti yanında operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunmuş tədbirlərin yerinə yetirilməsi üçün Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Dezinfeksiya şöbəsinin əməkdaşları bir sıra həlli vacib işlər yerinə yetiriblər.

SOCAR-ın baş ofisində və İnsan Resursları Departamentində, “Azneft” İstehsalat Birliyinin inzibati binasında və onun struktur bölmələri olan Maddi Texniki Təchizat İdarəsinin inzibati binasında, 1 saylı Zığ bazasında, Ə.Əmirov adına NQÇİ-də, Qaz Anbarları İstismarı İdarəsinin idarəsində, “Abşeronneft” NQÇİ-də, “Bibiheybət” NQÇİ-də, H.Z.Tağıyev adına NQÇİ-də, Dalma Qurğularının Təmiri və Kirayəsi Üzrə Elmi İstehsalat Müəssisəsində, Qaz İxracı İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Qaz Kəmərlərinin Korroziyadan Mühafizəsi Departamentində, Abşeron MQKS inzibati binasında və Masazır Qaz paylayıcı stansiyasında, İnformasiya Texnologiyalar və Rabitə İdarəsinin inzibati binasında, Neftqaztikinti trestinin inzibati binasında və onun bölümlərində, “Azərikimya” İstehsalat Birliyinin inzibati binasında onun struktur bölmələri olan Etilen Polietilen zavodunda və Təmir tikinti idarəsində, “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında, Geofizika və Geologiya İdarəsinin inzibati binasında, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin inzibati binasında və Bakı Neft Bazasında, Nəqliyyat İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan 1,2,3,4,5,6 saylı Texnoloji Nəqliyyat Departamentlərinin inzibati binalarında və nəqliyyat vasitələrində, Sosial İnkişaf İdarəsinin inzibati binasında və Anbar Təsərrüfatı bölümündə, Sənaye Təhlükəsizliyi İdarəsinin inzibati binasında, 1 və 2 saylı əməliyyat dəstələrində, Metanol zavodunun ərazisində, Karbamid zavodunun ərazisində, Kompleks Qazma işləri trestinin “Bulla” yatağında, Bakı Ali Neft Məktəbinin inzibati binasında, Neft Kəmərləri İdarəsinin inzibati binasında və onun struktur bölmələri olan Dübəndi İstehsalat Bölümündə, Abşeron İstehsalat Bölümünün Sumqayıt sahəsində, Qaradağ İstehsalat Bölümünün Binəqədi sahəsində, İxrac İstehsalat Bölümünün Sumqayıt sahəsində və Neftin ölçülməsi sahəsində, H.Əliyev adına Neft Emalı Zavodunun inzibati binasında və 8,11,13,14,16,17,18,19,20,24,25,26-cı sahələrində, SOCAR-ın Ekologiya İdarəsinin struktur bölmələri olan Balaxanı ölçmə məntəqəsində, Təmir və tikinti sahəsində, Kompleks Tədqiqatlar laboratoriyasında, Ekoloji ölçmə və Tullantıların İdarəolunması Departamentində, Ekoloji Monitorinq Departamentində, Bakı Olimpiya Stadionunda, Neftçi İdman Klubu İctimai Birliyinin inzibati binasında və Məşəl İdman Klubunda, o cümlədən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində, O.Vəliyev 1 ünvanında yerləşən inzibati binada, Torpaqların Rekultivasiyası Departamentinin 1-ci (“Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən əraziləri), 2-ci (Qaz Emalı zavodunun ərazisi) sahələrində, Tullantıların Emalı Departamentinin 3, 4, 5, 6-cı (H.Əliyev adına NEZ-in 9-cu sahəsinin ərazisi) sahələrində, məişət və geyinib-soyunma otaqlarında ümumilikdə 225 785 kvadratmetr deratizasiya, 229 777 kvadratmetr dezinseksiya və 442 256 kvadratmetr sahədə koronavirus infeksiyası əleyhinə dezinfeksiya işləri yerinə yetirilib.

Yay mövsümü ilə əlaqədar SOCAR-ın strukturunda olan idarə və müəssisələrinin ərazilərində 13 938 kvadratmetr sahələrdə sürünənlərə qarşı dərmanlama işləri aparılıb.

Bundan başqa QSC-nin baş ofisində, inzibati binalarında və bütün xidməti sahələrində Koronavirus infeksiyasına yoluxması faktını müəyyən etmək məqsədi ilə, işçilər hər gün işə başlamazdan əvvəl xüsusi cihaz vasitəsi ilə hərarətlərinin ölçülməsi, əllərin və ayaqların xüsusi vasitələrdən istifadə etməklə dezinfeksiya edilməsi, maarifləndirmə işlərinin aparılması ən vacib qabaqlayıcı tədbir kimi yoluxmanın qarşısını almaq məqsədi daşıyır.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək