Afrikada koronavirusa yoluxanların sayı 330 mini keçib


Dünya 25 İyn 2020 14:42:46 190 0

Afrikada koronavirusa yoluxanların sayı 330 mini keçib

"Qara qitə"də 8 733 nəfər təsdiqlənmiş koronavirus xəstəsi ölüb

Afrikada yeni növ koronavirusa yoluxma hallarının sayı 330 mini keçib, 8 mindən çox insan virusun qurbanı olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional nümayəndəliyi məlumat verib.

Bildirilib ki,Afrikada yoluxma hallarının sayı 332 820-dir, 8 733 nəfər təsdiqlənmiş koronavirus xəstəsi isə ölüb.

Ən çox yoluxma halları Cənubi Afrikada (111 796) və Misirdə (58 141) aşkar edilib. Ən çox ölüm hadisəsi isə Misirdə (2 365), Cənubi Afrikada (2 205) və Əlcəzairdə (869) qeydə alınıb.