Tükiyədə 5,4 bal gücündə zəlzələ olub


Dünya 25 İyn 2020 14:46:48 194 0

Tükiyədə 5,4 bal gücündə zəlzələ olub

Bildirilib ki, zəlzələnin ocağı 6,9 km dərinlikdə yerləşib.

Türkiyənin Van əyalətinin Özalp rayonunda 5,4 bal gücündə zəlzələ olub.

“Report” "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Hallar İdarəsi açıqlama yayıb.

Bildirilib ki, zəlzələnin ocağı 6,9 km dərinlikdə yerləşib.

Van valisi Mehmet Emin Bilmez bildirib ki, zəlzələnin mərkəzi olan Özalpda dağıntı yoxdur: “Bir neçə kənddə evlərə ziyan dəydiyi ehtimal edilir. Hər halda hazırda bunu təsdiqləyə bilmərik”.