"Özümə nifrət edirdim"


Şou-biznes 25 İyn 2020 14:24:00 228 0

"Özümə nifrət edirdim"

"Bir ara özümə nifrət edirdim. Çox kökəldim. Tapa bilmirdim ki, nədən kökəldim. Hiss edirdim ki, yaxşı deyiləm. Özümü kompleksli hiss edirdim. Bacardığım qədər axşamlar az yeyirəm. Çörəyi, lavaşla əvəzləmişəm. Ayağım ağrıdığı üçün gəzə bilmirəm, amma idman edirəm".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "MTV Azərbaycan"a açıqlamasında deyib. Artıq çəki alan sənətçi ciddi pəhrizə başladığını söyləyib.

Qaraçuxurlu model olmaq sevdasına düşdüyünü də gizlətməyib:

"Müğənniliyi atıram, toylar yoxdur, modellik edəcəm. Kliplər üçün müraciət edə bilərlər. Təklif etsələr, düşünərəm. Qocalıb gedəcəyik, indiki halımızdan istifadə etməliyik".