Azərbaycanda lisenziyaları ləğv edilmiş ümumi kredit portfeli açıqlanıb


Digərləri 25 İyn 2020 14:09:00 210 0

Azərbaycanda lisenziyaları ləğv edilmiş ümumi kredit portfeli açıqlanıb

Azərbaycanda lisenziyaları ləğv edilmiş "AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lərin ümumi kredit portfeli 1,16 milyard manat təşkil edir.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "Amrah Bank"ın kredit portfeli 23,6 milyon manat, "Atabank"ın kredit portfeli 414,4 milyon manat, "NBC Bank"ın kredit portfeli 173,5 milyon manat, "AGBank"ın kredit portfeli 305,4 milyon manata bərabərdir.