Azərbaycanda hərbi xidmət keçən gənc yenidən əsgərliyə çağırıldı


Sosial 25 İyn 2020 13:56:44 242 0

Azərbaycanda hərbi xidmət keçən gənc yenidən əsgərliyə çağırıldı

Tibbi müayinədən keçməsə 50 manat cərtimə olunacaq

© Report

Azərbaycanda müddətli həqiqi xidmət keçmiş şəxs yenidən hərbi xidmətə çağırılıb.

"Report"un Muğan bürosu xəbər verir ki,hadisə Cəlilabad rayonundabaş verib.

Belə ki, rayonun Adnalı kənd sakini, 1992-ci il təvəllüdlüEmil Adışirin oğluƏmirlinin yaşadığı ünvanamüddətli həqiqi hərbi xidmət keçmək üçün çağırış vərəqəsi gəlib.

E.Əmirli "Report"un bölgə müxbirinə bildirib ki, Beyləqan rayonunda "N" saylı hərbi hissədə həqi hərbi xidmətini başa vurub və təxris olunub:

"Mən Beyləqandakı hərbi hissələrdən birində 2009-cu ilin oktyabr ayından2011-ci ilin aprel ayına qədər 18 ay müddətlihəqiqi hərbi xidmət keçmişəm.2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsindənyaşadığım evəhəqiqi hərbi xidmət keçmək yenidən çağırış gəldi və hərbi xidmətə getməyim üçünlkin tibbi müayinədən keçmək tələb olunurdu. Bu azmış kimi mənə xəbərdarlıq məktubu da göndəriblər ki, tibbi müayinədən keçməsəm 50 manat cərtimə olunacağam".

Emil deyir ki,mövcud məsələ ilə bağlı hələ bir neçə il əvvəl adıçəkilən quruma hərbi xidmət keçməsi ilə bağlı məlumat verirb vəhərbi biletinidə təqdim etib: "Buna baxmayaraq hər 3 aydan bir mənə bu çağırış vərəqəsini göndərirlər".

Qeyd edək ki, artıqEmil Əmirli mövcud faktın hüquqi çərçivədə həll olunmasından ötrü məhkəməyə müraciət etməyə hazırlaşır.