Bağlanan dörd bankın əmanətçilərinə 83,9 milyon manat qaytarılıb


Digərləri 25 İyn 2020 13:41:00 198 0

Bağlanan dörd bankın əmanətçilərinə 83,9 milyon manat qaytarılıb

Azərbaycan Mərkəzi Bankının aprel-may aylarında lisenziyalarını ləğv etdiyi "AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lərdə 74 mindən çox sığortalı əmanətçi var, həmin banklarda əmanətlərin ümumi həcmi isə 670,7 milyon manat təşkil edir.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev mətbuat konfransında deyib.

Onun sözkərinə görə, hazırda "Amrah Bank"ın 17 min əmanətçisinin 144,9 milyon manat, "AtaBank"da254,4 milyon manat, "AGBank"ın 22,8 min əmanətçisinin 134,2 milyon manat, "NBC Bank"da isə 8,7 min min əmanətçinin 134,2 milyon manat əmanəti var.

Bu günədək Fond tərəfindən 7,55 min əmanətçiyə 83,9 milyon manat əmanət qaytarılıb.