Tramp: ABŞ Polşa ilə atom enerjisi üzrə sazişin imzalanması üzərində işləyir


Dünya 25 İyn 2020 13:29:00 176 0

Tramp: ABŞ Polşa ilə atom enerjisi üzrə sazişin imzalanması üzərində işləyir

Vaşinqton Varşava ilə Polşada atom enerjisinin inkişafı sahəsində əməkdaşlıq haqqında saziş üzərində işləyir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ağ Evdə Polşa Prezidenti Andjey Duda ilə mətbuat konfransı zamanı ABŞ Prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib: "Polşada atom elektrostansiyalarının yaradılmasını asanlaşdıracaq bir razılaşma üzərində işləyirik. Onlar bizim çox yaxşı, çox böyük şirkətlərimizdən birindən mülki atom enerjisi üçün texnologiyalar alacaqlar".

Son.az