Növbəti buraxılış imtahanlarının qrafiki elan olunub


Sosial 25 İyn 2020 12:04:42 192 0

Növbəti buraxılış imtahanlarının qrafiki elan olunub

DİM tərəfindən 2 və 3 iyul 2020-ci il tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub

© Report/Elchin Murad

Dövlət İmtahan Mərkəzi2 və 3 iyuldakeçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafikini elan açıqlayıb.

Mərkəzdən "Report"a verilən məlumata görə,imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə tanış olmaq olar.

Digər şəhər və rayonlar üzrə imtahanların (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının (Naxçıvan istisna olmaqla)) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, 3 iyul tarixində Naxçıvanda əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi və kolleclərə qəbul imtahanı, həmçinin Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanı keçiriləcəkdir. Bundan əlavə, xüsusi karantin rejimindən əvvəl Naxçıvana gedərək orada qalan və yaranmış vəziyyətlə əlaqədar DİM-ə müraciət edən şəxslərin nəzərinə çatdırırıq ki, onlar üçün də imtahan 3 iyul tarixində Naxçıvanda təşkil olunacaqdır. Həmin şəxslər Bakıya dönməməli və Naxçıvanda qalmalıdırlar.

İmtahana buraxılış vərəqəsi hər imtahan gününə 5 gün qalmış Mərkəzin saytında yerləşdiriləcək.

Tarix/İmtahan*02.07.2020 03.07.2020– Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinəqəbul imtahanının 1-ci mərhələsi və kolleclərə qəbul imtahanı – H.Əliyev adına Hərbi Liseyə qəbul imtahanı ––– Naxçıvan MR 11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanıDaşkəsənŞirvanAğcabədiBərdəNaxçıvan MRNaftalanSaatlı Azərbaycan dili (dövlət dili) imtahanı-Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçünTovuzGədəbəyŞəkiŞamaxıUcarQusarNaxçıvan MRŞəmkirQəbələİsmayıllıZərdabŞabran 9-cu sinif cari ilin məzunları üçün buraxılış imtahanıTovuzGədəbəyŞəkiLerikŞamaxıUcarQusarNaxçıvan MRŞəmkirQəbələYardımlıİsmayıllıZərdabŞabran9 illik təhsil bazasında kolleclərə sənəd vermişəvvəlki illərin məzunları üçün qəbul imtahanıTovuzGədəbəyŞəkiLerikŞamaxıUcarQusarNaxçıvan MRŞəmkirQəbələYardımlıİsmayıllıZərdabŞabranAzərbaycan dili (dövlət dili) imtahanı:– Azərbaycan dilindən fərqli dildə təhsil alan 9‑cu sinif cari ilin məzunları üçün– 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrətəsdiq etmiş əvvəlki illərin məzunları üçünDaşkəsənŞirvanAğcabədiBərdəNaxçıvan MRNaftalanSaatlı

Qeyd edək ki, həmişə olduğu kimi cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.