Silahlı Qüvvələr Günü münasibəti ilə video-çarx hazırlanıb


Siyasət 25 İyn 2020 12:07:06 295 0

Silahlı Qüvvələr Günü münasibəti ilə video-çarx hazırlanıb

Müdafiə Nazirliyi 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə video-çarx hazırlayıb.

Müdafiə Nazirliyi 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə video-çarx hazırlayıb.

“Report” xəbər verir ki, video-çarxda Azərbaycan Ordusunun yaranma tarixindən, keçdiyi inkişaf yolundan, ölkədə ordu quruculuğu sahəsində görülən işlərdən, aparılan islahatlardan, yeni silahların alınmasından və keçirilən genişmiqyaslı təlimlərdən bəhs olunur.

Qeyd olunub ki,ordu dövlətin təhlükəsizliyin qarantıdır. Bildirilib ki,Azərbaycanda ordu quruculuğu daim prioritet məsələlərdən biri olub.

Videoda Prezident yanında Təhlükəsizlik Şurasının katibi, general-polkovnikRamil Usubov,Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnikMəhərrəm Əliyev,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli MəclisinMüdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, parlamentinRegional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müaviniSiyavuş Novruzov,Ombudsman Səbinə Əliyeva, Ana Vətən Partiyasının sədri, deputatFəzail Ağamalı ordu quruculuğu haqqında fikirlərini bölüşüblər.

Onlar qeyd ediblər ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı qısa müddətdə azad etməyə hazır və qadirdir.