Gürcüstan DTX iki azərbaycanlı qadını sorğu-suala çağırıb


Dünya 25 İyn 2020 11:59:01 253 0

Gürcüstan DTX iki azərbaycanlı qadını sorğu-suala çağırıb

Marneuli sakini olan iki qadın -&Ərkinaz Quliyeva və Zənurə Talıbova Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb.

Marneuli sakini olan iki qadın -Ərkinaz Quliyeva və Zənurə Talıbova Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb.

“Report” un yerli bürosu xəbər verir ki, buna onların “Mtavari arxi” telekanalında yayımlanan süjetdə dedikləri səbəb olub.

Qadınlar iddia ediblər ki, digər xəstəlikdən vəfat edən ailə üzvlərinin ölüm səbəbinin koronavirusla bağlı olmasına razılıq üçün onlara 10 min lari pul təklif olunub.

Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze telekanalın yaydığı süjetə münasibət bildirib. O, səsləndirilən versiyanı yalan adlandırıb.