Polşa amerikalı hərbçiləri qəbul etməyə hazırdır


Dünya 25 İyn 2020 08:45:00 241 0

Polşa amerikalı hərbçiləri qəbul etməyə hazırdır

“Mən ABŞ prezidenti Donald Trampa Avropadan hərbçilərin sayının azaldılmaması üçün müraciət etdiyimi gizlətməyəcəyəm, çünki bu, Avropanın təhlükəsizliyi üçün vacibdir”.

“Mən ABŞ prezidenti Donald Trampa Avropadan hərbçilərin sayının azaldılmaması üçün müraciət etdiyimi gizlətməyəcəyəm, çünki bu, Avropanın təhlükəsizliyi üçün vacibdir”.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda Vaşinqtonda amerikalı həmkarı ilə keçirdiyi görüşdən sonra deyib.

Prezident qeyd edib ki, rəsmi Varşava Almaniyadan çıxarılacaq ABŞ hərbçilərini qəbul etməyə hazırdır:

“Kimsə hazır olduğumuzu soruşsa, bəli cavab verəcəyəm. Biz onları qəbul etməyə hazırıq. ABŞ ordusu Avropanın təhlükəsizliyini təmin edir. Əminəm ki, ABŞ qoşunları xarici təcavüz vəziyyətində Polşa ordusuna dəstək verəcək”. - deyə, o bildirib.