“Apple” korporasiyası “Intel” prosessorlarından imtina etdi


Digərləri 25 İyn 2020 08:41:00 218 0

“Apple” korporasiyası “Intel” prosessorlarından imtina etdi

"Apple" korporasiyası öz kompüterlərində "Intel" prosessorlarından imtina edib.

Son.az ictnews.az-a istinadən bildirir ki, korporasiyanın rəsmisi bildirib ki, yeni "Mac" kompüterlərində öz istehsalı olan çiplərdən istifadə ediləcək. Məlumata görə, yeni prosessorlar daha yaxşı məhsuldarlıq, enerji səmərəliliyi, digər aparat və proqram təminatı ilə uyğunluq təmin edir. Bu halda çiplər "iPhone" və "iPad"da istifadə olunandan fərqlənəcək.

Yeni prosessorlara keçidi elan edən "Apple"ın direktoru Tim Kuk deyib ki, şirkətin öz istehsalı olan çiplərə keçidi tarixi hadisədir.