Süni zəka sistemi Nirvana tərzində yeni musiqi yaradıb


Digərləri 25 İyn 2020 08:55:00 225 0

Süni zəka sistemi Nirvana tərzində yeni musiqi yaradıb

Neyron şəbəkələri artıq səs ilə çalışmağı və hətta fərdi şəkildə musiqi bəstələməyi də bacarırlar. Bəzən isə süni zəka bu sahədə yüksək keyfiyyətli kontent yarada bilir. Məsələn, Funk Turkey adlı Youtube kanalının müəllifi neyron şəbəkəsinə məşhur musiqiçilərin tərzində musiqilərin yaradılmasını öyrədir. Bu barədə 4pda saytı xəbər verib. Neyron şəbəkəsinin sonuncu işlərindən biri də məşhur Nirvana qrupunun musiqiləri əsasında yaratdığı yeni musiqi olub.

Youtube kanalının müəllifi Nirvana qrupunun musiqilərinin sözlərini neyron şəbəkəsinin sisteminə inteqrasiya edib. Nəticədə süni zəka sistemi Smother adlı tamamilə yeni musiqi yaradıb. Beləliklə süni zəka sistemi Nirvana qrupunun əfsanəvi solisti Kurt Cobain-in ifasında tamamilə yeni musiqi yarada bilib. Süni zəka tərəfindən yaradılmış mətndə məntiqi ardıcıllıq axtarmaq lazım deyil. Lakin əldə edilmiş nəticə diqqəti cəlb dir.