''Atam mənə ev vermədi''


Digərləri 24 İyn 2020 20:34:00 202 0

''Atam mənə ev vermədi''

Türkiyəli məşhur müğənni İbrahim Tatlısesin qızı atası ilə bağlı maraqlı açıqlama verib.

Son.az ölkə.az-a istinadən bildirir ki, Dilan Çıtak Tatlıses atasının soyadını miras almaq üçün istəmədiyini deyib. ''Haqqımda şaiyələr çıxardılar ki, guya mirasa görə atamın soyadını götürmüşəm. Halbuki deyilənlər əssasızdır. Mən öz pulumu özüm qazanıram. Deyildi ki, atam Türkiyənin Kuş adası şəhərində bütün uşaqlarına ev verəcək. Ancaq mənə ev vermədi. Ev istəmədiyim üçün gedib heç kimə ''Niyə mənə də ev vermədiz?'' sözünü demədim'' -deyə, o qeyd edib.

Qeyd edək ki, İbrahim Tatlıses 2016-cı ildə ''Tatlıses Konakları Kuşadası'' layihəsindən 7 uşağına da ev verəcəyini demişdi.