İranın xurma ixracı azalıb


Dünya 24 İyn 2020 20:17:00 177 0

İranın xurma ixracı azalıb

"Ötən ilin martından bu ilin martına qədər İran 211 milyon dollar dəyərində 238 min ton xurmanı 83 ölkəyə ixrac edib. Bundan əvvəlki il isə ixrac 400 milyon dollar dəyərində olub".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib.

Qeyd edək ki, İranda 6-cı inkişaf proqramına (2016-2021) əsasən ildə 5 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac edilməlidir. Bu proqramda xurmanın payı 500 milyon dollardır.

R.Lətifinin sözlərinə görə, "Mozafati" xurmasının ixracı 103 milyon dollar dəyərində 98,3 min ton olub və bütün xurma ixracının 49%-i təşkil edib.