Bakıda qətl törədən şəxslər tutulub


Kriminal 24 İyn 2020 19:04:00 209 0

Bakıda qətl törədən şəxslər tutulub

Bakının Yasamal rayonunda qətl törədən şəxslər tutulub.

Daxili İşlər Nazirliyininin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, iyunun 17-də Yasamal rayonu ərazisindən Bakı şəhər sakini Cəlal Hüseynovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 27-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, faktla bağlı cinayət işi başlanılıb.

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini R.Hənifəyev və Abşeron rayon sakini R.İsrafilov saxlanılıblar.