Azərbaycan və İraq XİN başçıları razılığa gəlib


Siyasət 24 İyn 2020 18:16:41 187 0

Azərbaycan və İraq XİN başçıları razılığa gəlib

Xarici İşlər naziri Elmar Məmmədyarovun İraq Respublikasının Xarici İşlər naziri Fuad Huseyn ilə telefon danışığı olub.

Xarici İşlər naziri Elmar Məmmədyarovun İraq Respublikasının xarici işlər naziri Fuad Huseyn ilə telefon danışığı olub.

Bu barədə"Report"a XİN-dən məlumat verilib.

Nazirlər iki ölkə arasındakı əlaqələrin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparıb, habelə münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər.

Tərəflər habelə ümumdünya sağlamlıq böhranı ilə bağlı mövcud vəziyyət və hər iki ölkə tərəfindən bu xüsusda görülən tədbirlər barədə fikirlərini bölüşərək qlobal pandemiya şəraitində qarşılıqlı yardımın və əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Nazirlər çoxtərəfli platformalarda mövcud əməkdaşlığın bundan sonra da davam etdirilməsinə razılaşıblar.