Elmar Məmmədyarov səfirlərin dəvətini qəbul edib


Siyasət 24 İyn 2020 18:37:40 184 0

Elmar Məmmədyarov səfirlərin dəvətini qəbul edib

Xarici İşlər naziri Elmar Məmmədyarov Beynəlxalq Frankofoniya Təşkilatına (BFT) üzv və müşahidəçi statusuna malik olan 18 ölkənin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə videokonfrans formatında görüş keçirib.

Xarici İşlər naziri Elmar Məmmədyarov Beynəlxalq Frankofoniya Təşkilatına (BFT) üzv və müşahidəçi statusuna malik olan 18 ölkənin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə videokonfrans formatında görüş keçirib.

Bu barədə "Report"a XİN-dən məlumat verilib.

Görüş zamanı Fransanın Azərbaycandakı səfiri Zakari QrosAzərbaycanın Xarici İşlər naziri və BFT-yə tam hüquqlu üzv, assosiativ üzv və müşahidəçi statusuna malik ölkələrin nümayəndələri arasında təşkil edilən bu ilk görüşə görə minnətdarlığını ifadə edib.

Səfir həmçinin koronavirus pandemiyası ilə əlaqədar yaranmış hazırkı durumda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin istər koronavirusa qarşı mübarizə üzrə beynəlxalq əməkdaşlıqda, istərsə də Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusla əlaqələndirmə işində vacib rol oynadığını qeyd edib.

Nazir Elmar Məmmədyarov, öz növbəsində, Azərbaycanın 2020-ci il üzrə xarici siyasət prioritetləri, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin BMT Baş Assambleyasının koronavirusla mübarizədə həmrəylik, çoxtərəflilik və beynəlxalq əməkdaşlıq mövzusunda xüsusi sessiyasının çağırılması təşəbbüsü, habelə fransız dilinin Azərbaycanda yeri və təşviqindən danışıb.

Nazir həmçinin səfirlərin suallarını cavablandıraraq koronavirus infeksiyası ilə bağlı vəziyyət, Azərbaycanın dövlət sərhədlərinin yenidən açılması və beynəlxalq uçuşların bərpası perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

E.Məmmədyarov fransızdilli səfirlər qrupunun Azərbaycanda hər il ənənəvi təşkil edilən “frankofoniya həftəsi” tədbirlərinə dəvətini qəbul edib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək