Azərbaycanda aqrar məhsullar innovasiyanın hesabına ucuzlaşacaq


İqtisadiyyat 24 İyn 2020 18:30:00 233 0

Azərbaycanda aqrar məhsullar innovasiyanın hesabına ucuzlaşacaq

Azərbaycanda aqrar məhsullar innovasiyanın hesabına ucuzlaşacaq

“Yoxsulluğa son”, “Aclığa son”, “Yaxşı səhiyyə və rifah”, “Keyfiyyətli təhsil”, “Gender bərabərliyi”, “Təmiz su və sanitariya”, “Layiqli əmək və iqtisadi artım” “Sənaye, innovasiya və infrastruktur”, “Bərabərsizliyin azaldılması”, “Dayanıqlı şəhərlər və icmalar”, “Məsuliyyətli istehlak və istehsal”, “İqlim dəyişikliyinə qarşı mübarizə”, “Dəniz ekosisteminin mühafizəsi” “Torpaq ekosisteminin mühafizəsi”, “Sülh, ədalət və səmərəli institutlar” “Məqsədlər üçün tərəfdaşlıq”- bütün bunlar insanların normal yaşayışını təmin edəcək, dünyanı daha təhlükəsiz və rifah dolu gələcəyə çatdıracaq hədəflərdir. OnlarBMT-nin 2015-ci ilin sentyabr ayında keçirilmiş tarixi sammitində dünya liderlərinin qəbul etdiyi“2030-cu ilə qədərdayanıqlı inkişaf sahəsində Gündəlik”də öz əksini tapıb vəDayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) kimi 1 yanvar 2016-cı ildənrəsmən qəbul edilib.Hər kəsi əhatə edən və universal xarakter daşıyan bu yeni Məqsədlər fonunda ölkələr “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər ediblər.

Aqrar sektor prioritetdir

17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) və onların ümumilikdə 169 kiçik hədəfi miqyasına görə Minilliyin İnkişaf Məqsədlərindən (MİM-lər) daha geniş olub, yoxsulluğun özülündə dayanan səbəblərin aradan qaldırılmasına və hamı üçün faydalı olan universal inkişaf ehtiyacının qarşılanmasına yönəlir.Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilən iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının reallaşdırılması üçün səmərəli milli icra mexanizminin formalaşdırılması xüsusi önəm daşıyır. Məhz buna görə də "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.

Azərbaycanda DİM-lərənail olmaq üçün aqrar sektorun inkişafına xüsusi önəm verilir. Bu da səbəbsiz deyil. Ölkə əhalisinin 40%-i kənd təsərrüfatında çalışır. Odur ki, kənd təsərrüfatında bol və ucuzməhsul istehsalı üçün müasir üsullardan istifadə edilir,innovativ həllər tətbiq edilir. Bu baxımdanElektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) xüsusi qeyd olunmalıdır.

EKTİS

Uzun illər Azərbaycanda fermerlərə subsidiya yerli icra qurumlarının rəyi əsasında, ciddi araşdırma aparılmadan ödənilib. Hazırda bu iş EKTİS vasitəsilə, fermerlərin təqdim etdiyi məlumatlara əsasənhəyata keçirilir. Bundan başqa, kənd təsərrüfatı istehsalçılarıgübrə, toxum, pestisid, aqrar texnika, baramaçılıq üçünipəkqurdu və tut ting almaq üçün yeni sistemdən faydalanır.Eyni zamanda fermerlər elektron kabinetləri vasitəsilə günün 24 saatı ərzində Kənd Təsərrüfatı Nazirliyinə və onun qurumlarına müraciət göndərmək imkanı əldə edib.

Cəfər İbrahimli:

"Ölkədə hazırda yaşanan su probleminin həlli üçün fermerlərə EKTİS vasitəsilə əlavə ödənişlər verilsin".

İqtisadçı-ekspert Cəfər İbrahimli hesab edir ki, EKTİS-in tətbiqi torpaqların elektron uçotunun aparılması problemini həll edib: “Sistem vasitəsilə fermerlərin regionlarda hansı məhsulları əkdiklərini görmək və fermerlərə məsləhət vermək mümkündür. Regionlar üzrə Azərbaycanda ixtisaslaşmış sahələr var. Bu sahələrin inkişafı üçün stimul yaradıldı. Sistem aqrar sahəyə ixtisaslaşmanı gətirdi. Fermerlər sistem vasitəsilə ölkə üzrə əkin sahələrində hər məhsuldan nə qədər əkildiyini görə bilmək imkanı əldə etdilər. Dolayısıyla ölkədə fermerlərin işlərinin proqnozlaşdırmaq üçün şəriat yaradılıb".

Ekspert təklif edir ki,ölkədə hazırda yaşanan su probleminin həlli üçün fermerlərə EKTİS vasitəsilə əlavə ödənişlər verilsin: “Bu zaman fermerlər ənənəvi suvarmadan imtina edəcəklər. Əlavə subsidiya və dəstəyin verilməsini sistemə gətirmək mümkündür”.

AFAQ layihəsi

Aqrar sahədə tətbiq edilən növbəti layihə"Aqrar Fəaliyyətli Azərbaycan Qadınları" (AFAQ) layihəsidir. Layihə kənd təsərrüfatında qadın sahibkarların sayının artırılması və onların inkişafı məqsədi ilə reallaşdırılır. Məqsədqadınların kənd təsərrüfatına əsaslanan biznes fəaliyyətlərini inkişaf etdirmək üçün onların informasiya, bilik və digər imkanlara çıxışını asanlaşdırmaq, həm özlərinin, həm də ailələrinin və kənd icmalarının sosial rifahının yaxşılaşmasına imkan yaratmaqdır.

AFAQ layihəsi FAO və ilə Azərbaycan hökuməti arasında imzalanmış Tərəfdaşlıq Proqramı çərçivəsində icra olunur. Proqramın əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və FAO-nun strateji məqsədlərinə müvafiq olaraq ev təsərrüfatlarının ərzaq təhlükəsizliyinə, kənd yerlərində dolanışıq səviyyəsinin yaxşılaşdırılmasına və yoxsulluğun azaldılmasına töhfə verməkdir. Layihə çərçivəsində 2021-ci ilin sonuna qədər 200-ə yaxın azərbaycanlı xanım kənd təsərrüfatı sektorunda aqrar sahibkar kimi fəaliyyətini davam etdirməsi üçün müəyyən texniki avadanlıq və təlimlərlə təmin ediləcək.

AMAL

"Aqrar Məşğulluğun Artırılmasl Layihəsi" (AMAL) Kənd Təsərrüfatı Nazirliyinin kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsinə, onların innovativ metodlardan tətbiqinin stimullaşdırılmasına dəstək verən, effektiv və ətraf mühiti qoruyan yeni kənd təsərrüfatı və idarəçilik üsulları barədə məlumatlanmasına yönələn və gənc fermerlərin ilkin kapitalının formalaşmasına şərait yaradan bir təşəbbüsdür. Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin və FAO-nun həyata keçirdiyi layihə regionlarda yaşayan gənclərin aqro biznes ideyalarını reallaşdırmaq və sahibkar kimi formalaşmalarına dəstək vermək məqsədi daşıyır. Layihə çərçivəsində Gənc Fermerlər Proqramı və Kənd Təsərrüfatı Sahəsində Peşə Təhsili Proqramı həyata keçirilməklə, gənclərin məşğulluq imkanlarının artırılması üçün zəruri olan bilik və bacarıqlara sahib olması, texnoloji yeniliklərin tətbiq edilməsi və ətraf mühitin qorunması ilə bağlı müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulub. 2020-ci ilin sonuna qədər layihəyə, təqribən, 2 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Sonda ...

Bununla belə,aqrar sahədə hələ ki, problemlər qalmaqdadır. Fermerlər məhsullarını bazara çıxarmaqda çətinlik çəkir. Son nəticədə iri şəhərlərdə, o cümlədən paytaxt Bakıda meyvə-tərəvəz fermerin işbazlara təklif etdiyi qiymətdən bir neçə dəfə baha satılır. Bu sahədə də innovativliyə ehtiyac var.

QEYD: Məqalə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət")Elektron Hökumətin İnkişafı Mərkəzinin keçirdiyi“Rəqəmsal Jurnalistikaya Doğru” mövzsunda təlimin IImərhələsi çərçivəsində hazırlanıb.