Ermənistan MTX-nin vilayət idarəsinin rəisi həbs edilib


Dünya 24 İyn 2020 18:03:22 183 0

Ermənistan MTX-nin vilayət idarəsinin rəisi həbs edilib

Onunla birlikdə vilayətin daha iki rayonunun bələdiyyə başçıları həbs olunublar.

© google.az

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Ararat vilayət idarəsinin rəisi həbs edilib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı MTX-nin Mətbuat xidməti yayıb.

O, vəzifəsəlahiyyətlərindən sui-istifadə və qanunsuz olaraq bələdiyyə ərazisini zəbt olunmasında iştirakda ittiham edilir.

Onunla birlikdə vilayətin daha iki rayonunun bələdiyyə başçıları həbs olunublar.