Borca görə iki qardaşı güllələdi


Dünya 24 İyn 2020 14:59:00 224 0

Borca görə iki qardaşı güllələdi

Bursanın mərkəzi Yıldırım rayonunda Hakkı B. adlı şəxs borcunu ödəyəcəyini deyərək çağırdığı Aslan və Mehmet qardaşlarına tələ quraraq tapançadan atəş açıb.

Son.az xəbər verir ki, şübhəli hadisə yerindən qaçıb.

Baş və sinə nahiyələrindən xəsarət alan qardaşlar çətinliklə də olsa gəldikləri avtomobillə ərazidən uzaqlaşmaq istəyiblər. Vəziyyətləri pisləşən ikili 500 metr sonra qəzaya düşüblər.

Yaxınlıqda olan insanlar təcilli tibbi yardım çağırıblar.

Xəstəxanaya yerləşdirilən yaralıların həyatları üçün təhlükə olduğu bildirilir.