Gürcüstan Azərbaycandan şəkər idxalını kəskin artırıb


Dünya 24 İyn 2020 14:22:46 201 0

Gürcüstan Azərbaycandan şəkər idxalını kəskin artırıb

Bu ilin ilk beş ayı ərzində Gürcüstan Azərbaycandan 2 448,5 ton şəkər və saxaroza idxal edib.

Bu ilin ilk beş ayı ərzində Gürcüstan Azərbaycandan 2 448,5 ton şəkər və saxaroza idxal edib.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Azərbaycandan qonşu ölkəyə ixrac olunan məhsulun dəyəri 994,1 min ABŞ dolları təşkil edib.

Ötən ilin yanvar-may göstəricisi ilə müqayisədə qonşu ölkənin Azərbaycandan tədarük etdiyi şəkər və saxarozanın həcmi 2 130,5 ton və ya 7,7 dəfə artıb.