Qırğızıstan Prezidenti koronavirusa görə paradda iştirak edə bilməyib


Dünya 24 İyn 2020 14:19:00 191 0

Qırğızıstan Prezidenti koronavirusa görə paradda iştirak edə bilməyib

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov koronavirusa görə Moskvada hərbi paradda iştirak edə bilməyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Prezident Moskvaya gəldikdən sonra onu müşayiət edən nümayəndə heyətindən iki nəfərdə virus aşkar edilib.

Bununla əlaqədar olaraq, S.Jeenbekov parada qatılmamaq qərarı alıb.

Həmin şəxslərin sağlamlıq vəziyyəti barədə ətraflı məlumat verilməyib.