Ermənistanda son sutkada 711 nəfər koronavirusa yoluxub


Dünya 24 İyn 2020 12:04:00 184 0

Ermənistanda son sutkada 711 nəfər koronavirusa yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 21 717 nəfərə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 711 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 14 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 386 nəfər koronavirusdan ölüb, 10 534 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.