Moskvada Qələbə paradı başladı


Dünya 24 İyn 2020 11:00:40 218 0

Moskvada Qələbə paradı başladı

Rusiyanın Moskva şəhərində Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən Qələbə paradı başlayıb

Rusiyanın paytaxtıMoskva şəhərində Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən Qələbə paradı başlayıb.

“Report” xəbər verir ki, parad ənənəvi olaraq Qırmızı meydanda keçirilir.

Budəfəki mərasim digərlərindən daha genişmiqyaslı olacaq. Belə ki, tədbirin ötən paradlardan 30 dəqiqə daha uzun sürəcəyi gözlənilir.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskovun sözlərinə görə, paradda 10 ölkə rəhbəri iştirak edir. Bunlar Belarus prezidenti Aleksandr Lukaşenko,Qazaxıstanın dövlət başçısıKasım-Jomart Tokayev, Qırğızıstan prezidentiSooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Bosniya və Herseqovina Rəyasət heyətininüzvü Milorad Dodik, Serbiya prezidenti Aleksandr Vuçiç, Tacikistan rəhbəri Emomali Rəhmon vəÖzbəkistan prezidenti Şavkat Mirziyoyevdir.

Mərasimdə AzərbaycanınMüdafiə naziri, general-polkovnikZakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edir.

Paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edir. Paradda hərbçilərimizin Azərbaycan istehsalı olan silahlarla təntənəli keçidi olacaq.

Tanınmayan Abxaziya və Cənubi Osetiya “respublika”larının rəhbərləri də paradda iştirak edir.

Qeyd edək ki, parad ənənəvi olaraq mayın 9-da keçirilir, lakin koronavirus pandemiyası ilə əlaqədar tədbir iyunun 24-nə ertələnib.