DİN: Koronavirusa yoluxan polislərdən sağalaraq evə buraxılanlar var


Sosial 24 İyn 2020 11:04:44 197 0

DİN: Koronavirusa yoluxan polislərdən sağalaraq evə buraxılanlar var

Azərbaycanda bir neçə polis əməkdaşı koronavirusdan sağalaraq evə buraxılıb.

© Report/Elchin Murad

Azərbaycanda bir neçə polis əməkdaşı koronavirusdan sağalaraq evə buraxılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Report”un sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, hazırda koronavirusa yoluxan polis əməkdaşları müalicələrini davam etdirirlər: “Bildiyiniz kimi, xidmətdə olan zaman polis əməkdaşlarından koronavirusa yoluxanlar da oldu. Onlardan sağalıb evə buraxılanlar da var, hazırda xəstəxanalarda müalicə alanlar da var. Lakin həmin polis əməkdaşlarının sayını deyə bilmərəm”.