Türkiyədə məscidlər tam açıldı


Dünya 24 İyn 2020 10:27:19 228 0

Türkiyədə məscidlər tam açıldı

Türkiyədə bütün namazlar məscidlərdə qılınacaq.

Türkiyədə bütün namazlar məscidlərdə qılınacaq.

“Report” TRT-yə istinadən xəbər verir ki, bunu ölkənin Dəyanət İşləri İdarəsinin sədri Əli Ərbaşdeyib.

İyunun 24-də 1,5 metr ara məsafə gözlənilməklə səhər namazı məscidlərdə qılınıb.

“Məscidlərimizi cümə, ikindi vaxtları üçün namaza açmışdıq. Sabahdanetibarən məscidlərimiz sübh, günorta və axşam namazlarının qılınması üçün açıq olacaq. Məsciddə namaz qılmağa gələnlərmaska taxmalı və ara məsafə saxlamalıdırlar”,- o, iyunun 23-də bildirmişdi.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar martın 16-dan Türkiyədə camaat namazının məscidlərdə qılınmasına müvəqqəti olaraq fasilə verilmişdi.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək