Azərbaycanda son 5 ayda istehsal edilən neftin həcmi açıqlanıb


Digərləri 24 İyn 2020 10:07:00 192 0

Azərbaycanda son 5 ayda istehsal edilən neftin həcmi açıqlanıb

2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 15,2 mln.ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən Son.az-a verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 463 min ton az olub.

Respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 10,5 mln. tonu "Azəri-Çıraq-Günəşli"nin, 1,6 mln. tonu (kondensat) "Şahdəniz"in payına düşüb. SOCAR üzrə hasilat isə 3,1 mln. ton təşkil edib.

Cari ilin 5 ayında 12,6 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-may aylarına nisbətən 468 min ton azdır. Neft-kondensatın 12 mln. tonu konsorsium, 569 min tonu isə SOCAR üzrə ixraca nəql edilib.