Xalq artisti vəfat edən oğlundan danışdı: “Fəridi özümə atam, qardaşım bilirdim”


Şou-biznes 24 İyn 2020 09:54:00 62 0

Xalq artisti vəfat edən oğlundan danışdı: “Fəridi özümə atam, qardaşım bilirdim”

"Artıq səkkiz ildir ki, övladım rəhmətə gedib. 11 il ondan əvvəl isə o məhbus həyatı yaşayıb".

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Arif Quliyev "Xəzər" televiziyasında yayımlanan "5/5" axşam şousunda qonaq olarkən deyib.

Sənətkar 2012-ci ildə dünyasını dəyişən oğlu Fərid Quliyevin yoxluğu ilə barışa bilmədiyini və onu itirməkdə özünü günahlandırdığını bildirib:

"Yuxuma girir... Hərdən onunla söhbət edirəm. Ona yenə də məsləhətlər verirəm. İtki vermək özü bir ağır bəladır. Elə anlar olurlar ki, çarpayıdan qalxıb, Fəridi axtarıram.

Hər zaman başım işimə qarışıb. Bəlkə də səhvim olub. Özümü təqsirkar görürəm və heç zaman bağışlaya bilməyəcəyəm. Ürəyimdə Fəridə deyiləsi çox sözlərim qaldı.

Onun ali təhsili yarımçıq qaldı. İstərdim, onu xalqına xidmət edən bir insan görüm. Amma qismət olmadı. Çox ağrılı və acılı həyatım olub. Nə ana, nə də ki ata görmüşəm. Fərid, axı sən böyüyəndən sonra səni atam, qardaşım bilirdim... Kimsəsiz bir insanam. Səni özümə arxa görmək istərdim (ağlayır).

Hər şeyi təbii qəbul edirəm. Çünki həyat varsa, burada sevinc də var, kədər də. Teatrımızın emblemində insanın üzü əks olunub. Üzün bir tərəfi gülür, digər tərəfi isə ağlayır. Hər hadisə həyatdan götürülür. Həyat isə insan yaşamının meyarıdır. O meyar ki sənə həyatda qismət olur... Hər şeyə alın yazısı kimi baxıram.

Gələnlə gedənin önünü kəsmək qeyri-mümkündür. Hər insana ölüm qismət olacaq. Bir şeyə yanıram ki, oğlum Fəridi gənc yaşda itirdim. Lakin insan itkisinin yaşı olmur".

Dövlət Komitəsinin koronavirusa yoluxan əməkdaşından biri sağalıb like
  • 24 İyn 09:53  
Siyasət Dövlət Komitəsinin koronavirusa yoluxan əməkdaşından biri sağalıb

“Diasporla İş üzrə Dövlət Komitəsinin koronavirusa yoluxub xəstəxanay

arrow Ətraflı
Manatın MƏZƏNNƏSİ like
  • 24 İyn 09:49  
Digərləri Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 24 iyun tarixindən etibarən valyuta məzənnələ

arrow Ətraflı
Azərbaycan Türkiyəyə qaz ixracını 22% artırıb like
  • 24 İyn 09:47  
İqtisadiyyat Azərbaycan Türkiyəyə qaz ixracını 22% artırıb

TANAP ilə Türkiyəyə bu müddətdə 1,6 mlrd kubmetr qaz nəql olunub

arrow Ətraflı
Murad Dalkılıç tətilə Handesiz getdi like
  • 24 İyn 09:44  
Digərləri Murad Dalkılıç tətilə Handesiz getdi

Türkiyəli müğənni Murad Dalkılıç Bodruma istirahətə yollanıb.

arrow Ətraflı
SOCAR beş ayda 3 mlrd kubmetr qaz hasil edib like
  • 24 İyn 09:40  
İqtisadiyyat SOCAR beş ayda 3 mlrd kubmetr qaz hasil edib

Qaz hasilatının 5,4 mlrd kubmetri AÇG-dən, 8 mlrd kubmetri isə “Şahdəni

arrow Ətraflı
Səhiyyə Nazirliyi koronavirusla mübarizədə görəcəyi işləri açıqladı like
  • 24 İyn 09:38  
Sosial Səhiyyə Nazirliyi koronavirusla mübarizədə görəcəyi işləri açıqladı

103 təcili tibbi yardım və ambulator yardım xidməti müvəqqəti olaraq pan

arrow Ətraflı
Sumqayıt ŞİH vergi borcu olan şirkəti 2 milyon manatlıq tenderdə qalib elan edib like
  • 24 İyn 09:37  
İqtisadiyyat Sumqayıt ŞİH vergi borcu olan şirkəti 2 milyon manatlıq tenderdə qalib elan edib

Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) Mənzil-Kommunal Təsərrüfat

arrow Ətraflı
Cəbhədən XƏBƏR VAR like
  • 24 İyn 09:37  
Digərləri Cəbhədən XƏBƏR VAR

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin mü

arrow Ətraflı
“Kuruluş Osman” mövsüm finalı edir like
  • 24 İyn 09:34  
Digərləri “Kuruluş Osman” mövsüm finalı edir

Baş rolunu Burak Özçivitin canlandırdığı "Kuruluş Osman" seria

arrow Ətraflı
SOCAR beş ayda 569 min ton neft ixrac edib like
  • 24 İyn 09:32  
İqtisadiyyat SOCAR beş ayda 569 min ton neft ixrac edib

Cari ilin 5 ayında 12,6 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olun

arrow Ətraflı
Gürcüstanda COVID-19-a yoluxanların sayı 914-ə çatdı like
  • 24 İyn 09:29  
Dünya Gürcüstanda COVID-19-a yoluxanların sayı 914-ə çatdı

Gürcüstanda daha 3 nəfər koronavirusa yoluxub.

arrow Ətraflı
Beş ayda AÇG-dən 10 mln tondan çox neft hasil olunub like
  • 24 İyn 09:29  
İqtisadiyyat Beş ayda AÇG-dən 10 mln tondan çox neft hasil olunub

Azərbaycanda 15,2 mln ton neft (kondensatla birlikdə) hasil edilib

arrow Ətraflı
Azərbaycanlı telejurnalist  koronavirusa yoluxub like
  • 24 İyn 09:29  
Şou-biznes Azərbaycanlı telejurnalist koronavirusa yoluxub

AzTV-nin daha bir əməkdaşı COVİD-19 virusuna yoluxub.

arrow Ətraflı
Aktrisa yeni yaşını gəmidə qeyd etməli oldu like
  • 24 İyn 09:23  
Digərləri Aktrisa yeni yaşını gəmidə qeyd etməli oldu

"Yasak elma" serialında rol alan aktrisa Eda Ece 30 yaşını Bodrumd

arrow Ətraflı