Samsungun təqdim etdiyi The Serif TV


Digərləri 24 İyn 2020 10:00:00 214 0

Samsungun təqdim etdiyi The Serif TV

Serif TV sadəcə müasir televizor deyil, həm də istənilən interyerə zövq qatan və harmoniya yaradan sənət əsəridir. Fransanın məşhur mebel dizaynerləri, Bouroullec qardaşları ilə birlikdə ərsəyə gətirilən bu televizor, istənilən məkanda inanılmaz ab-hava yaradır. Televizorun gözə çarpan "I" profili, adi formalardan istifadə edilərək, dəyirmi küncləri, aşağı və yuxarı kənarlarında kiçik çıxıntısı olan əsaslı çərçivədən hazırlanıb. Dizaynerlər qeyd edirlər ki, layihənin məqsədi texnologiyanın mebel dizaynı haqqında biliklərlə birləşdirildiyi bir obyekt yaratmaq və bu obyektin  istənilən ətraf mühitdə təbii görünməsini təmin etməkdən ibarətdir. Beləliklə, The Serif adi televizor olmaqla yanaşı, həm də interyerin funksional bir elementidir. 

Sözü gedən televizor həqiqətən də orijinal bir dizayna malikdir. Belə ki, bünövrəsinə yaxın hissədə "genişlənən" çərçivə, dayaq rolunu da oynayır və bu səbəbdən televizor hətta masa üzərində quraşdırıla bilər. Həmçinin, Serif kiçik bir rəf kimi də istifadəyə uyğundur, buna misal olaraq, üzərinə çərçivələr və ya kiçik əşyalar düzülə bilər. Bundan əlavə, televizorun komplektasiyasına, çıxarıla bilən və cihazı istənilən yerdə quraşdırmağa kömək edən metal dayaq da daxildir. Orijinal TV dayaq, hətta televizordan istifadə etmədiyinizdə, onu göz oxşayan dekor elementinə çevirərək, məkana estetik gözəllik qatır.

Bundan əlavə televizor dayağında mövcud olan "ağıllı" kabel yerləşdirmə sistemi dolaşıq naqil problemini də aradan qaldırır. Sözü gedən bu xüsusi kabel kanalı və qalın parçadan hazırlanaraq, bütün qoşulmaları "gizlədib", asanlıqla çıxarıla bilən Serifin arxa paneli, "görünməz" qoşulma sistemini yaradır. Beləliklə, televizorun dizaynı yüksək incəliyi səciyyələndirərək, istənilən tərəfdən idealdır. Bununla yanaşı, Serif bir necə rəngdə mövcuddur ki, buna misal olaraq, istənilən interyerə uyğunlaşan neytral ağ və zərif göy rəngləri qeyd etmək olar. 

  Sözü gedən televizoru məhz sənət əsəri qismində qeyd etməyimiz təsadüfi deyil, belə ki, xüsusi rejimlər sayəsində, Serif  həqiqətən də sənət möcüzələrinə çevrilir. Buna misal olaraq, Ambient rejimi televizordan istifadə etmədiyiniz zaman təsvir və ya faydalı məlumatları ekranda əks etdirməyə imkan yaradır. Beləliklə, Serif  hətta söndürüldükdə belə televizordan yeni istifadə imkanları yaradaraq, ötürücünün sadə "qara ekran" olmadığını sübut edir . Bundan əlavə, yeni Ambient rejimində, Ronan və Ervan Burullek tərəfindən məxsusi Serif TV üçün yaradılan yarpaq və parça surətini təkrarlayan iki növ  təsvir təqdim olunub.

Qeyd edilənlərlə yanaşı, Serif  TV, həm də QLED keyfiyyətli yüksək dəqiqliyə malik görüntü ötürməyə qadirdir. Samsung-un təqdim etdiyi və burada istifadə olunan kvant nöqtə texnologiyası, təbii rənglərdən və 100% rəng həcmindən zövq almağa imkan verir. Serif HDR10 + geniş dinamik diapazonunu dəstəkləyir və süni zəka ilə təchiz edilmiş kvant prosessoru sayəsində istənilən siqnalı 4K keyfiyyətli görüntüyə yaxınlaşdırır.