SOCAR beş ayda 569 min ton neft ixrac edib
İqtisadiyyat 24 İyn 2020 09:32:37 226 0
Cari ilin 5 ayında 12,6 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub
Cari ilin 5 ayında 12,6 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.
Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, bu 2019-cu ilin yanvar-may aylarına nisbətən 468 min ton azdır.
Məlumata görə, neft-kondensatın 12 mln. tonu konsorsium, 569 min tonu isə SOCAR üzrə ixraca nəql edilib.
Mənbə: report.az