SOCAR beş ayda 3 mlrd kubmetr qaz hasil edib


İqtisadiyyat 24 İyn 2020 09:40:06 250 0

SOCAR beş ayda 3 mlrd kubmetr qaz hasil edib

Qaz hasilatının 5,4 mlrd kubmetri AÇG-dən, 8 mlrd kubmetri isə “Şahdəniz”dən əldə edilib

2020-ci ilin 5 ayı ərzində Azərbaycanda ötən ilin müvafiq dövrünə nisbətən 13,6 faiz, yəni 2 mlrd kubmetr artımla 16,4 mlrd kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, qaz hasilatının 5,4 mlrd kubmetri AÇG-dən, 8 mlrd kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 3 mlrd kubmetr qaz hasil olunub.