Meksikada zəlzələ nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb


Dünya 24 İyn 2020 09:06:00 196 0

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb

Meksikanın Oaxaka şəhərində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə öz saytında Meksikanın İctimai Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Nazirliyi tərəfindən bildirilib.

Məlumatda deyilir: "İlkin məlumatlara görə, Oaxaka ştatında baş vermiş 7,5 bal gücündə zəlzələ nəticəsində dörd nəfər həlak olub, mənzil fonduna az ziyan dəyib". Qurbanların sayı, müxtəlif hesablamalara görə, 5 nəfərdən 30 nəfərə qədər təşkil edir.

Xəstələrin və işçilərin təxliyə edilməli olduğu Oaxakada bir neçə xəstəxananın ziyan çəkdiyi bildirilib. Hakimiyyət orqanları əhaliyə kömək etmək üçün silahlı qüvvələrin bölmələrini cəlb edib.