Dünyada sutka ərzində 133 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb


Dünya 24 İyn 2020 08:33:00 200 0

Dünyada sutka ərzində 133 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dünyada təsdiqlənən koronavirusa yoluxma sayı sutkada 13,9 mindən çox artaraq 8,99 milyonu keçib. Ölənlərin sayı 4 min nəfərə yaxin artaraq 469 mini keçib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbər verib.

İyunun 23-si saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 133 326 nəfər yeni koronavirusa yoluxub, 3 847 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 8 993 659, ölənlərin isə 469 587 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 4 437 946 yoluxma və 224 207 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 562 642, ölənlərin sayı isə 193 794 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 933 052 yoluxma və 20 997 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.