Meksikada təyyarə qəzaya uğrayıb


Dünya 24 İyn 2020 08:52:00 198 0

Meksikada təyyarə qəzaya uğrayıb

Meksikanın Çiaua ştatına Cessna markalı yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə Milenio qəzeti bildirib.

Məlumata əsasən, təyyarədə olan 6 nəfər, o cümlədən 13 yaşlı uşağı həlak olub.

Təyyarənin qonşu Sinaloa ştatına getdiyi məlumdur. Faciənin səbəbləri barədə məlumatlar açıqlanmayıb.