ABŞda ticarət mərkəzində atışma olub


Dünya 24 İyn 2020 08:59:00 200 0

ABŞda ticarət mərkəzində atışma olub

ABŞ-ın Çesterfild dairəsinin hüquq-mühafizə təşkilatları 1 nəfərin atışma nəticəsində yaralandığını bildirib.

Trend-in məlumatına görə, bu barədə yerli polisin "Twitter" səhifəsində yazılıb.

Bildirilib ki, atışma naməlum şəxs tərəfindən Riçmond şəhərində (Virciniya ştatı) yerləşən ticarət mərkəzində törədilib.

Məlumata əsasən, yaralanan şəxs xəstəxanaya çatdırılıb. Onun vəziyyəti və baş verənlərin təfərrüatları barədə məlumat hələ verilməyib.