Bu dəfə Dilarə Röyanı təkrarladı FOTO


Şou-biznes 23 İyn 2020 23:09:00 170 0

Bu dəfə Dilarə Röyanı təkrarladı  FOTO

"Avroviziya" təmsilçilərimizdən olan müğənni Dilarə Kazımova paylaşımı ilə gündəmi silkələyib.

Son.az oxu.az-a istinadən bildirir ki, uzun saçlarını kürəyinə atan sənətçi üzərinə qara rəngdə uzun "oversize" pencək, altdan isə bodi geyinmiş halda foto çəkdirib.

Dilarə seksual pozası ilə şəkildə incə və fit ayaqlarını ön plana çıxarıb. D.Kazımova yaxın günlərdə təqdim edəcəyi fotosessiyası ilə Xalq artisti Röya Ayxanın qalmaqallı layihəsini təkrarlamış olub.

Dilarənin həm geyimi, həm də verdiyi cazibədar pozlar Röyanın aylar öncə yaratdığı obrazlarla oxşarlıq təşkil edib.

Diqqət çəkən məqam isə hər iki sənətçinin fotolarının müəllifinin peşəkar fotoqraf Ruslan Nəbiyev olmasıdır.