Sumqayıtda sürət həddini aşan avtomobil qəza törətdi


Sosial 23 İyn 2020 22:59:04 261 0

Sumqayıtda sürət həddini aşan avtomobil qəza törətdi

Sumqayıtda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

© Foto: "Report"

Sumqayıtda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, 99-TA-082 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil sürət həddini aşaraq, 99-FC-236 dövlət nömrə nişanlı “Toyota Land Cruiser Prado” markalı avtomobili arxadan vurub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını cəlb olunub.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək